Ukrayna Radası Donbasın reinteqrasiyası qanununu qəbul etdi
Ukrayna Radası Donbasın reinteqrasiyası qanununu qəbul etdi

Ukrayna Radası Donbasın reinteqrasiyası qanununu qəbul etdi. Prezident tərəfindən təqdim olunan qanunlayihəni 280 deputat dəstəklədi. Qəbul olunması üçün isə, ən azı 226 səs lazım idi.

Qanunlayihəyə prezident imza atmalıdır. Rəsmi qüvvəyə isə rəsmi mətbuatda dərc olunduğu günün sabahsı minəcək.

Sənəd prezidentə silahlı qüvvələri bölgədə, sülh şəraitində isə suverenliyin qorunması üçün istifadə etməsi hüququnu verir.  Yeni tənzimləmə şərqdə ordunun istifadəsinə müharibənin bəyan edilməsi olmadan imkan verir.

Sənəddə, Donbas işğal olunmuş kimi, Rusiya isə aqressor dövləti kimi xatırlanıb.