Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Rəcəb Tayyib Ərdoğanla görüşüb
Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak Rəcəb Tayyib Ərdoğanla görüşüb

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Ərdoğan və Yermak arasında görüş Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün İstanbulda keçirilməsi planlaşdırılan danışıqlardan əvvəl baş tutub.

Yermakın qeyd etdiyi kimi, Volodimir Zelenski, Donald Tramp, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüşün mümkünlüyü müzakirə olunub.

“Sülh prosesinin dinamikası bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki bu, Rusiya tərəfindən qaçırılan real insanlara, real uşaqlara aiddir və onların hamısı evinə qayıtmalıdır. Biz həmçinin müharibəyə son qoymaq üçün real danışıqlara keçmək üçün Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ prezidenti Donald Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Putin arasında yüksək səviyyəli görüşün keçirilməsinin zəruriliyini müzakirə etdik”, – Andrey Yermak yazır.