Ukrayna Prezidentinin Administrasiyası Volodimir Zelenskinin sabah Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağıracağını açıqlayıb
Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 30-da Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağıracaq. Bu barədə prezidentin mətbuat katibi Serqey Nikiporov məlumat yayır.
O bildirib ki, iclasın gündəliyi və digər detallar daha sonra açıqlanacaq.
Xatırladaq ki, bundan əvvəl Kremlin mətbuat katibi Dimitri Peskov sentyabrın 30-da Kremldə “Rusiyanın tərkibinə yeni ərazilərin daxil olmasına dair sazişlər”in imzalanma mərasiminin keçiriləcəyini bildirmişdi.