Ukrayna Prezidenti Volodimir Zelenski bildirir ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi bombardman nəticəsində qurbanların sayı dörd nəfərə qədər yüksəlib
Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi bombardman nəticəsində qurbanların sayı dörd nəfərə qədər yüksəlib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna Prezidentinin sözlərinə görə, dronlar və raketlərlə həyata keçirilən hücum nəticəsində 100-ə yaxın insan yaralanıb. Zelenskinin bildirdiyinə görə, yalnız ölkənin paytaxtı Kiyevdə 30 yaşayış evi zədələnib və ya dağıdılıb.
“Zərərçəkənlərə kömək edən hər kəsə təşəkkür edirəm. Tərəfdaşlarımızın davamlı dəstəyi də bir o qədər vacibdir. Hazırda dəstək sözlərini ifadə edən hər kəsə minnətdaram. Lakin, hava hücumundan müdafiəni gücləndirmək üçün konkret addımlar atmaq vacibdir – raket təchizatı bir gün belə kəsilməməlidir”, – Volodimir Zelenski qeyd edib.