Ukrayna Prezidenti və Hindistanın Baş naziri arasında telefon danışığı keçirilib
Ukrayna Prezidenti və Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı baş tutub. Telefon danışığından sonra Volodimir Zelenski “Twitter” mikrobloqunda məhz “Böyük İyirmilik” sammitində öz baxışını, müharibənin hansı şəraitdə başa çata biləcəyini açıqladığını və indi bu planın həyata keçirilməsində Hindistanın köməyinə ümid etdiyini yazıb.
Öz növbəsində, telefon danışığı başa çatdıqdan sonra Hindistan hökuməti tərəfindən yayılmış açıqlamada Hindistanın Baş nazirinin hərbi əməliyyatların dərhal dayandırılması çağırışını təkrarladığı deyilir.
Xatırladaq ki, Hindistan Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara qoşulmayıb.