Ukrayna Prezident Aparatının məlumatında ölkənin bütün ərazisində kritik infrastruktura elektrik enerjisinin verilişinin bərpa edildiyi deyilir
Ukrayna Prezident Aparatının məlumatında ölkənin bütün ərazisində kritik infrastruktura elektrik enerjisinin verilişinin bərpa edildiyi deyilir

 
Ukraynanın bütün ərazisində kritik infrastruktur obyektlərinə elektrik enerjisinin verilişi bərpa edilib, əhaliyə isə elektrik enerjisinin verilişi tədricən bərpa ediləcək. Bu barədə Prezident Ofisinin rəhbəri Kirill Timoşenko açıqlama verib.

Məlumatı “BBC” yayır.

O, ölkə miqyasında həmçinin, yerli əhalinin isinə və telefonlarını elektrik enerjisi ilə doldura biləcəyi dörd minə yaxın xüsusi məntəqə yaradıldığını bildirib.

Kiyev meri Vitali Kliçko paytaxt sakinlərinə içməli suyun verilişinin bərpa edildiyini, şəbəkəni tam yüklə saxlamaq üçün müəyyən vaxta ehtiyac olduğunu bildirib.