Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa verib
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa verib

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa verib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin söylədiyinə görə, Yermakın istefası nəticəsində prezident administrasiyasında dəyişikliklər planlaşdırılır.

“Rusiya həqiqətən Ukraynanın səhv etməsini istəyir. Bizim tərəfimizdən heç bir səhv olmayacaq. Mən tərəfdaşlarımızın Ukrayna ilə bağlı suallarının olmasını istəmirəm. Qərar verilib”, – Zelenski qeyd edib.

Məlumat üçün bildirək ki, Bu gün Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu Andrey Yermakın ofisində axtarış keçirib. Məlumatı Yermakın özü də təsdiqləyib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əməkdaşlıq edir və Korrupsiyaya Qarşı Mübarizə Bürosunun əməkdaşlarına “evə tam giriş hüququ” verdiyini deyir.