Ukrayna Prezident Administrasiyasında Rusiyanın raket hücumları nəticəsində Ukraynada yeddi milyona qədər insanın elektrik enerjisiz qaldığını açıqlayırlar

22:50, 15.11.2022

 
Son bir neçə saat ərzində Rusiyanın həyata keçirdiyi raket hücumları nəticəsində Ukraynada 7 milyona qədər insan elektrik enerjisiz qalıb-bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko açıqlayıb.

Timoşenko Rusiyanın həyata keçirdiyi hücum nəticəsində 15 enerji obyektinin zərər gördüyünü, lakin Ukraynanın hava hücumundan müdafiə sistemlərinin 90 raketdən 70-ni zərərsizləşdirdiyini açıqlayıb.

Ukrayna rəsmilərinin açıqlamalarına görə, ölkədə elektrik enerjisinin verilişinin bərpası yəqin ki, sabah səhərə qədər mümkün olmayacaq.

Rusiya bu gün Ukraynaya kütləvi raket hücumu həyata keçirib. Əsas hədəf enerji infrastrukturu olub. Rusiyanın Ukraynaya raket hücumundan sonra Moldovada da elektrik enerjisi kəsilib.

Oxşar