Ukrayna Prezident Administrasiyası Yens Stoltenberqin Ukraynanın NATO-ya üzvlük müraciətini rəsmən qəbul etdiyini açıqlayıb

21:04, 04.10.2022

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın alyansa qoşulmaq üçün müraciətini rəsmən qəbul edib-bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini İqor Jovkva məlumat yayır.

“Bu gün Alyansın baş katibi bu bəyanatı Ukraynadan rəsmi olaraq nota şəklində alıb və növbəti mərhələ bu bəyanatın Brüsseldə Şimali Atlantika Şurasının, yəni NATO-ya üzv dövlətlərin səfirləri səviyyəsində müzakirəsi olacaq”- deyə Jovkva bildirib.

Ukrayna sürətləndirilmiş qaydada NATO-ya üzv olmaq üçün müraciət edir. Zelenski bildirib ki, Ukrayna bu il MAP olmadan alyansa qoşulmağa başlayan Finlandiya və İsveçin nümunəsində göründüyü kimi, NATO-ya sürətlənmiş şəkildə qoşulmağın mümkün olduğunu bilir.

Oxşar