Ukrayna Prezident Administrasiyası – Rusiyanın raket hücumları nəticəsində demək olar ki, bütün ölkə miqyasında elektrik enerjisinin verilişi kəsilib
Ukrayna Prezident Administrasiyasının məlumatında Rusiya tərəfindən həyata keçirilən son raket hücumları nəticəsində demək olar ki, bütün ölkə miqyasında elektrik enerjisinin verilişinin kəsildiyi deyilir.
Kiyev, Xarkov və Kirovoqrad vilayətində elektrik təchizatı tamamilə məhdudlaşdırılıb.
Kiyevin meri Vitali Kliçko elektrik enerjisinin verilməsinin bərpası üzrə işlərin davam etdiyini bildirib.
“Sistemi sabitləşdirmək üçün mütəxəssislər fövqəladə rejimdə işləyirlər. Hər ehtimala qarşı içməli su ehtiyatı toplayın”-deyə Kliçko açıqlayıb.