Ukrayna Müdafiə Qüvvələrində Rusiyanın hərbi hava qüvvələrinə məxsus “Su-35” tipli aviasiya qırıcısını vurduqlarını bildirirlər
Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiyanın hərbi hava qüvvələrinə məxsus “Su-35” tipli aviasiya qırıcısını vurub. Bu barədə Ukrayna mediası müdafiə qüvvələrinə istinadən məlumat yayır.
Ukrayna Müdafiə Qüvvələrinin məlumatına görə, Kursk istiqamətində Rusiyaya məxsus hərbi təyyarə zərərsizləşdirilib. “Birlikdə qələbəyə doğru!” – Ukrayna Silahlı Qüvvələrinin rəsmi səhifəsində deyilib.
Ukraynalılar Rusiya qırıcısını sonuncu dəfə mayın əvvəlində vurublar. Daha sonra Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin 13-cü qrupunun xüsusi təyinatlı bölməsinin əsgərləri Rusiyanın “Su-30” təyyarəsini vurub.