Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri - zərbələr Rusiya ərazisinin dərinliklərinə endiriləcək
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri - zərbələr Rusiya ərazisinin dərinliklərinə endiriləcək

 

Zərbələr Rusiya ərazisində getdikcə daha dərinliklərə endiriləcək – bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəhbəri, Kirill Budanov “ABC” telekanalına müsahibəsində açıqlayıb.

Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Rusiya hava bazalarına edilən hücumlara görə məsuliyyəti üzərinə götürməsə də, bu cür hücumların davam edəcəyini bildirib.

“Bu suala hələ cavab verə bilmərəm. Yalnız müharibə başa çatdıqdan sonra” -deyə Kirill Budanov açıqlayıb.

Budanov rus bazalarına edilən hücumlardan xoşbəxt olduğunu bildirib və daha çox hücumun olub-olmayacağı sualına belə cavab verib: “Mən belə düşünürəm. Getdikcə daha dərinə”.

Ukrayna Hərbi Kəşfiyyat rəhbəri Krımın Ukraynanın ərazisi olduğunu və bu səbəbdən Ukraynanın məqsədəuyğun hesab etdiyi istənilən silahdan istifadə edə biləcəyini bildirib.