Ukrayna Müdafiə Nazirliyi - Biz bütün öhdəlikləri yerinə yetirdik, lakin Rusiya İstanbulda əldə olunmuş razılaşmalara uyğun olmayan siyahılar təqdim edib
Ukrayna Müdafiə Nazirliyi - Biz bütün öhdəlikləri yerinə yetirdik, lakin Rusiya İstanbulda əldə olunmuş razılaşmalara uyğun olmayan siyahılar təqdim edib

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın əsir mübadiləsi ilə bağlı bəyanatını qəti şəkildə rədd edir.

Ukrayna Müdafiə Nazirliyində müharibədə həlak olanların cəsədlərinin təhvil verilməsi və hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı bütün öhdəlikləri yerinə yetirdiyini və mübadilə üçün lazım olan siyahıları Rusiyaya təqdim etdiklərini bildirirlər, lakin Rusiya buna cavab olaraq əldə olunan razılaşmalara uyğun olmayan siyahılar təqdim edib.

“Həqiqətən də razılıq əldə olunmuşdu. Lakin tarix razılaşdırılmamışdı. Rusiya tərəfi birgə proses çərçivəsində razılaşdırılmayan birtərəfli hərəkətlərə əl atıb”, – Ukrayna Müdafiə Nazirliyinin bəyanatında deyilib.

Ukrayna tərəfi qeyd edir ki, Rusiya artıq əldə olunmuş razılaşmalardan sonra hələ də “oyun qaydalarını dəyişməyə” çalışır.

Ukrayna Müdafiə Nazirliyi Rusiyanı süni maneələr yaratmamağa və saxta bəyanatlar verməməyə çağırır.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, Ukrayna tərəfi ölənlərin cəsədlərinin təhvil verilməsini və hərbi əsirlərin mübadiləsini qeyri-müəyyən müddətə təxirə salıb.