Ukrayna müdafiə nazirinin müavini – cəbhə xətti çox genişdir və Ukrayna ərazisində 2500 kilometrdən keçir, bunun 1300 kilometrində aktiv döyüşlər davam edir
Cəbhə xətti çox genişdir və Ukrayna ərazisində 2500 kilometrdən keçir, bunun 1300 kilometrində aktiv döyüşlər davam edir- bu barədə Ukrayna müdafiə nazirinin müavini Ana Maliar bildirib.
Ukrayna Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda, cəbhədə hadisələrin plana uyğun inkişaf etdiyi və ölkə ordusunun ayrı-ayrı istiqamətlərdə uğur qazandığı deyilir.
Ukrayna mətbuatı Xerson istiqamətində Rusiya ordusunun 83-cü desant-hücum briqadasının atəş gücünün 40 faizini, canlı qüvvəsinin 30 faizini itirərək Dnepr çayının sol sahilinə keçdiyi barədə yazır.
Ukrayna aviasiyası Rusiya işğalçı qüvvələrinə 12 zərbə endirib, zərbələr canlı qüvvənin, hərbi və xüsusi texnikanın, eləcə də düşmənin hərbi obyektlərinin məhv edilməsi hədəfini daşıyıb.
Ukrayna Ordusunun Baş Qərargahı tərəfindən verilən məlumatda, ötən gün ərzində Rusiya işğalçı qüvvələrinin Ukrayna ərazisində hərbi və mülki obyektlərə 14 raket və 15-dən çox hava zərbəsi endirdiyi deyilir. Xarkov və Sumi vilayətlərinin bombalanması ilə bağlı məlumatlar yayılır.