Ukrayna mətbuatının məlumatında Kiyev vilayətində 4 ədəd rus raketi və 5 ədəd PUA-nın vurulduğu deyilir

20:23, 17.11.2022

 

Kiyev vilayətində 4 ədəd rus raketi və 5 ədəd “Şahed” kamikadze dronu vurulub. Ukrayna mətbuatı ölkənin hava hücumundan müdafiə sisteminin Kiyev su anbarı üzərində iki pilotsuz uçuş aparatını zərərsizləşdirdiyi barədə məlumat yayır.

Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri Odessa vilayəti ərazisində 6 ədəd raketi zərərsizləşdirib.Yayılmış məlumatlara əsasən, rus hərbçilər Qara dənizdən Odessa bölgəsinə “Kalibr” tipli raketlərlə hücum ediblər.

Eyni zamanda, Rusiya Prezident Administrasiyasında bildirirlər ki, Ukrayna şəhərlərində işıq və istilik azlığı, problemi həll etmək istəməyən Ukrayna hakimiyyətinin fəaliyyətinin nəticəsidir.

Oxşar