Ukrayna mətbuatı Zaporojiedə AES-də baş verə biləcək qəza halında təxliyə planının müzakirə edildiyinə dair məlumat yayır

20:41, 25.08.2022

 

Ukrayna mətbuatı Zaporojiedə AES-də baş verə biləcək qəza halında təxliyə planının müzakirə edildiyinə dair məlumat yayır. Bu barədə Zaporojie Vilayətinin Hərbi Administrasiyası “Telegram” vasitəsilə məlumat yayıb.

Yerli hökumət tərəfindən verilən açıqlamada, mümkün qəza haqqında əhaliyə operativ məlumat verilməsi sisteminin və müxtəlif təhlükələr zamanı vətəndaşların necə davranması qaydalarının artıq hazırlandığı deyilir.

“Biz bütün imkanları aydın bilməliyik, çünki rus işğalçılar tərəfindən real təhlükə yaranarsa, bizim müzakirə üçün vaxtımız olmayacaq” – deyə Zaporojie Vilayətinin Hərbi Administrasiyasından bildiriblər.

Ukrayna tərəfinin məlumatına görə, bu gün rus hərbçilərin hərəkətləri səbəbilə tarixdə ilk dəfə olaraq Zaporojie AES Ukraynanın elektrik şəbəkəsindən söndürülüb.

Bu gün AES-in yerləşdiyi və Rusiyanın işğal etdiyi Enerqodar şəhərinin işıqsız qaldığı, həmçinin Melitopol, Xerson və həmin vilayətin yaşayış məntəqələrinin bir hissəsində elektrik enerjisinin kəsildiyi məlum olub.

Oxşar