Ukrayna mətbuatı Xarkovda rus işğalçıların elektrik stansiyasına hücumu nəticəsində bir nəfərin həlak olması barədə məlumat yayır
Son məlumatlara görə, Xarkovda rus işğalçıların elektrik stansiyasına hücumu nəticəsində 1 nəfər həlak olub, yaralananlar var. Məlumatı Ukrayna mediası yayır.
Xarkov rayon komandiri Oleq Sinequbov xilasetmə qruplarının fövqəladə rejimdə işlədiyini bildirib.
İstilik elektrik stansiyasına hücum nəticəsində Xarkov və bir sıra şəhərlər işıqsız qalıb. Bölgə komandirinin verdiyi məlumata görə, ərazidə xüsusi briqadalar işləyir və düşmənin mülki infrastrukturu bombalayaraq cəbhə xəttində vəziyyəti dəyişmək cəhdlərinə baxmayaraq, vəziyyət nəzarət altındadır.