Ukrayna mətbuatı tərəfindən yayılmış məlumatda, Rusiya ordusunun Donetskin Toretsk şəhərinə hücumu nəticəsində 8 nəfərin həlak olduğu deyilir
Ukrayna mətbuatı tərəfindən yayılmış məlumatda, Rusiya ordusunun Donetskin Toretsk şəhərinə hücumu nəticəsində 8 nəfərin həlak olduğu deyilir

 

Ukrayna mətbuatı tərəfindən yayılmış məlumatda, Rusiya ordusunun Donetskin Toretsk şəhərinə hücumu nəticəsində 8 nəfərin həlak olduğu və 4 nəfərin xəsarət aldığı deyilir. Yaralananlar arasında 3 azyaşlı uşaq var.

İlkin məlumata əsasən, artilleriya atəşi nəticəsində Rusiyanın atdığı mərmilər Toretskdə ictimai nəqliyyat dayanacağına yaxın yerə düşüb.

Yerli hakimiyyət orqanlarının məlumatında, Rusiya artilleriyasının zərbələri nəticəsində kilsəyə ziyan dəydiyi, keşişin yaralandığı deyilir.

Donetsk administrasiyasının rəhbəri vətəndaşları təxliyə olmağa çağırır.