Ukrayna mətbuatı tərəfindən yayılan məlumatda ukraynalı hərbçilərin Xersona daxil olduqları deyilir
Ukrayna mətbuatı tərəfindən yayılan məlumatda ukraynalı hərbçilərin Xersona artıq daxil olduqları deyilir.
Mətbuat, Xerson şəhərinin sakinlərinin Ukraynanın silahlı qüvvələrini qarşılamaq üçün Ukrayna bayraqları ilə küçələrə çıxdığı barədə yazır.
Həmçinin, Xersonun mərkəzində, Ukrayna və Avropa İttifaqının bayraqlarının dalğalandığı Azadlıq meydanında çəkilmiş şəkil də yayılıb.
Noyabrın 9-da Rusiya hərbi komandanlığı rus qoşunlarının Xersondan Dnepr çayının sol sahilinə çəkildiyini elan edib. Rusiya Müdafiə Nazirliyi noyabrın 11-i saat 05:00 radələrində qüvvələrin Xerson şəhərindən çıxarılmasının başa çatması barədə məlumat verib.
Xerson fevralın 24-də Ukraynaya təcavüz etdikdən sonra rus qoşunları tərəfindən işğal edilmiş yeganə vilayət mərkəzi idi.