Ukrayna mətbuatı tərəfindən yayılan məlumatda Rusiya qüvvələrinin Xarkov və Dnepropetrovsk vilayətinə raket zərbələri endirdiyi deyilir

10:24, 04.10.2022

 

Rusiya qüvvələri Xarkova raket zərbələri endirib. 46 yaşlı qadın həlak olub. Ukrayna mətbuatı Xarkov Hərbi Vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən müvafiq məlumat yayır.

Rusiya ordusu Xarkovun iki rayonuna raket zərbəsi endirib, sənaye və infrastruktur obyektləri bombalanıb.

Gecə saatlarında Dnepropetrovsk vilayətinin Nikopol şəhəri “Qradlar”dan bombardman edilib. Dörd nəfər yaralanıb.

Media tərəfindən yayılan məlumatda 30-dan çox çoxmərtəbəli və fərdi yaşayış evinə, həmçinin məktəblər və inzibati binalara ziyan dəydiyi deyilir.

Nikopol su nasos stansiyasının zədələnməsi səbəbindən şəhər susuz qalıb.

Oxşar