Ukrayna mətbuatı tərəfindən yayılan məlumatda ölkə ordusunun Rusiya işğalçı qüvvələrinə məxsus 5 silah-sursat anbarını, baza, qərargah və komanda məntəqəsini bombaladığı deyilir
Ukrayna ordusu Rusiya işğalçı qüvvələrinə məxsus 5 silah-sursat anbarını, baza, qərargah və komanda məntəqəsini bombalayıb. Məlumatı Ukrayna mediası yayır.
Media tərəfindən yayılan məlumatda Ukrayna hərbi birləşmələrinin ölkənin cənubunda hücuma keçdiyi deyilir.
Ötən sutka ərzində Ukrayna silahlı qüvvələri 7 yaşayış məntəqəsi istiqamətində Rusiya işğalçı qüvvələrinin hücumunu dəf edib.
Ukrayna mətbuatı son bir gün ərzində Rusiya hərbi birləşmələrinin Ukrayna ərazisinə dörd raket və yeddi hava zərbəsi endirdiyini yazır. Mülki və hərbi obyektlər Rusiya işğalçı qüvvələrinin hədəfinə çevrilib. Bombardıman nəticəsində Ukraynanın 35 yaşayış məntəqəsi zərər görüb.