Ukrayna mətbuatı tərəfindən verilən məlumatda Rusiya qüvvələrinin Kiyevin enerji infrastrukturuna zərbə endirdiyi deyilir

11:38, 18.10.2022

 

Rusiya qüvvələri Kiyevin enerji infrastrukturuna növbəti zərbə endirib. Ukrayna mətbuatının yazdığı üzrə Kiyevdə partlayış səsləri səhər saat doqquzda eşidilib. Bəzi rayonlarda elektrik enerjisi kəsilib. Bundan əvvəl şəhərdə hava hücumu ilə bağlı həyəcan siqnalının səsləri eşidilirdi.

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko şəhərin sol sahilindəki enerji təchizatı obyektinə üç zərbə endirildiyinin ehtimal edildiyini açıqlayıb.

Bununla yanaşı, hava hücumundan müdafiə sisteminin işlədiyi Kiyev vilayətinin Brovarı şəhərində də partlayış səsləri eşidilir.

Oxşar