Ukrayna mətbuatı tərəfindən verilən məlumatda Kiyevin mərkəzində baş verən partlayışların insan tələfatı ilə nəticələndiyi, xəsarət alanların olduğu deyilir
Kiyevin mərkəzində baş verən partlayışlar insan tələfatı ilə nəticələnib. Bu barədə Ukrayna mətbuatı məlumat yayır.
“Təəssüf ki, zərbələrin endirildiyi müxtəlif lokasiyalarda yaralananlar və həlak olanlar var” – deyə Ukraynanın Fövqəladə Hallar Xidmətindən bildirirlər.
Bundan əvvəl Kiyevin meri Vitali Kliçko sosial şəbəkədə Ukraynanın paytaxtında bir neçə partlayışın baş verdiyini yazıb.