Ukrayna mətbuatı Rusiya işğalçı qüvvələrinin Xarkov bölgəsini bombalaması barədə məlumat yayır

10:26, 14.11.2022

 

Rusiya işğalçı qüvvələri Ukraynanın Xarkov bölgəsini bombalayıb. Ukrayna mətbuatı bölgədəki partlayışların hava hücumuna dair elan edilən xəbərdarlıq zamanı baş verməsi ilə bağlı məlumat yayır.

Yerli hakimiyyət sakinləri hava xəbərdarlığına diqqət etməyə və sığınacaqlara enməyə çağırır.

Ukrayna mətbuatı müvəqqəti işğal altında olan Luqansk şəhərində güclü partlayışların baş verdiyini, ilkin məlumatlara görə, hava hücumundan müdafiə sisteminin işə salındığı barədə yazır.

Ukraynalı hərbçilərin Luqansk vilayətində daha bir yaşayış məntəqəsi üzərində nəzarəti bərqərar etməsi ilə bağlı məlumat yayılır. Ukrayna ordusunun əsgərləri bir neçə gün əvvəl Ukrayna ordusunun Rusiya işğalçı qüvvələrinin batalyonunu bombalayaraq zərərsizləşdirdiyi xəbəri yayılan Makeevka kəndinə daxil olublar.

Medianın Ukrayna Ordusunun Baş Qərargahına istinadən verdiyi məlumata görə, son bir gündə rus hərbçiləri bir raket və altı hava zərbəsi endiriblər, həmçinin reaktiv yaylım atəşi sistemlərindən 14 dəfə atəş açıblar.

Rusların Dnepr çayının sol sahilində müdafiə xətlərini təchiz etməyə davam etməsi ilə bağlı məlumat yayılır. Eyni zamanda, Baxmut, Avdeevki və Novopavlovsk istiqamətində də hücum əməliyyatları həyata keçirirlər.

Oxşar