Ukrayna mətbuatı Rusiya qüvvələrinin Zaporojie bölgəsinə raket zərbəsi endirməsi barədə məlumat yayır

10:39, 11.10.2022

 

Rusiya qüvvələri Zaporojieyə raket zərbəsi endirib. Bu barədə Ukrayna mətbuatı yerli hakimiyyət orqanlarına istinadən yazır.

Zaporojie Hərbi Dairəsinin Administrasiyasının rəhbəri Aleksandr Starux işğalçı qüvvələrin rayon mərkəzinə raket zərbəsi endirdiyini qeyd edir.

Bununla yanaşı, Zaporojie Şəhər Şurasının katibi Anatoli Kurtev bildirib ki, düşmənin hədəfi infrastruktur obyektləri olub. Təhsil və tibb müəssisələrinə, yaşayış evlərinə ziyan dəyib. Yaralılar var, lakin onların sayı məlum deyil.

Oxşar