Ukrayna mətbuatı Radanın ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini fevralın 19-dək uzatması barədə məlumat yayır

19:55, 16.11.2022

 

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini 2023-cü ilin fevralın 19-dək uzadıb. Müvafiq məlumatı Ukrayna mətbuatı “Qolos” partiyasının deputatı Yaroslav Ceelzniaka istinadən yayır.

Belə ki, medianın yazdığı üzrə, Rada üzvləri ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün müddətinə uzadılmasını dəstəkləyiblər.

Media tərəfindən verilən məlumatda prezident Zelenskinin təşəbbüsü ilə irəli sürülən müvafiq qətnamələri 294 və 297 deputatın dəstəklədiyi deyilir.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Rada dördüncü dəfə hərbi vəziyyətin müddətini uzadıb.

Oxşar