Ukrayna mətbuatı Ali Radanın İçkeriya Respublikasını Rusiyanın müvəqqəti işğal etdiyi ərazi kimi tanıdığı barədə məlumat yayır
Ukrayna Ali Radası İçkeriya Respublikasını Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazi kimi tanıyıb. Rada həmçinin Rusiya tərəfindən çeçen xalqının soyqırımını pisləyir.
Ukrayna mətbuatı bu barədə parlamentarilərdən biri Yaroslav Jeleznyakın Teleqram postuna istinadən məlumat yayır.
“Rada Çeçenistanın İçkeriya Respublikasının Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazi kimi tanınmasını dəstəkləyib və Rusiya tərəfindən çeçen xalqının soyqırımını pisləyib” – deyə deputat yazıb.
287 deputat müvafiq qərarı dəstəkləyib.