Ukrayna mediasının yazdığına görə, Ukrayna Xəzər dənizində Rusiya neft platformasına dronlarla hücum edib, kritik əhəmiyyətli avadanlıq zədələnib və istehsal prosesi dayandırılıb
Ukrayna son bir həftə ərzində üçüncü dəfədir ki, Xəzər dənizində Rusiyanın neft platformasına dronlarla hücum edib.
Müvafiq məlumatı Ukrayna mediasına Ukrayna Təhlükəsizlik Xidməti təsdiqləyib.
“Ukrainskaya Pravda” nəşrindəki mənbənin agentliyə bildirdiyinə görə, “Lukoyl-Nijnevoljskneft” şirkətinə məxsus platformada Xüsusi Əməliyyatlar Mərkəzinin dronları ilə hücum həyata keçirilib. Mövcud məlumatlara görə, hücum obyektin kritik avadanlıqlarına ziyan vurub və istehsal prosesini dayandırıb.
Rusiyanın Xəzər dənizindəki neft platformalarına dronlarla hücum 11-12 dekabr tarixində həyata keçirilib.