Ukrayna mediasının məlumatında Rusiya işğalçı qüvvələrinin Zaporojie vilayətinə raket zərbəsi endirdiyi deyilir

10:51, 05.12.2022

 

Rusiya işğalçı qüvvələri Ukraynanın Zaporojie vilayətinə raket zərbəsi endiriblər. Ukrayna mediasının məlumatında hücumun Zaporojiedə sənaye və enerji infrastrukturu obyektlərinə qarşı həyata keçirildiyi deyilir.

Hazırda dəymiş zərər və qurbanlar barədə tam məlumat dəqiqləşdirilir.

Bundan başqa, dekabrın 5-i gecə rus hərbçilər Krivoy Roq şəhərini bombalayıblar.

Ukrayna mediası bir sutka ərzində Rusiya işğalçı qüvvələrinin Sumi vilayətini minaatan və artilleriyadan 64 dəfə bombaladığı barədə məlumat verir. Ümumilikdə, rus hərbçilər son bir gündə Ukrayna ordusunun mövqelərinə və təmas xətti boyunca yaşayış məntəqələrinə iki raket və həmçinin reaktiv yaylım atəşi sistemindən 10-dan çox raket zərbəsi endiriblər.

Oxşar