Ukrayna mediasının məlumatına görə, Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiya tərəfindən atılan 11 raketdən yalnız ikisini dəf edə bilib
Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiya tərəfindən atılan 11 raketdən yalnız ikisini dəf edə bilib, – bu barədə Ukrayna mediası məlumat yayır.
Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinin məlumatına görə, düşmən Rusiya Federasiyasının Lipetsk vilayətinin hava məkanından bir ədəd X-47 M2 “Kincal” aeroballistik raketindən istifadə edib. Həmçini, Rusiya Federasiyasının Bryansk vilayətindən altı ədəd “İskəndər-M / KN-23” ballistik raketi və Kursk və Voronej vilayətlərindən dörd ədəd “İskəndər-K” qanadlı raketi buraxılıb. Rusiyanın hava hücumları səkkiz yerə yönəlib (cəmi doqquz raket və 63 pilotsuz uçuş aparatı), həmçinin vurulmuş pilotsuz uçuş aparatlarının qalıqları 33 yerə düşüb.
Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, Rusiya 330-dan çox “Şahed” hücum raketi atıb ki, bu, Rusiyanın indiyədək bir hücumda istifadə etdiyi ən böyük sayıdır.
4 iyul gecəsi Rusiya Ukraynaya qarşı raketlər və pilotsuz aparatlarla genişmiqyaslı hücuma başlayıb, əsas zərbə Kiyev və Kiyev vilayətinə endirilib. Ukraynanın paytaxtında Rusiya hücumu nəticəsində 23 nəfərin yaralandığı məlum olub. Onlardan 14-ü xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator və ya yerli müalicə alıblar. Xəsarət alanlar arasında 10 yaşlı qız da var.