Ukrayna mediasının məlumatına görə, Rusiyanın Krivoy Roqa raket hücumu nəticəsində azı 12 nəfər həlak olub

21:40, 04.04.2025

Rusiyanın Krivoy Roqa raket hücumu nəticəsində azı 12 nəfər həlak olub, 50-dən çox insan isə yaralanıb.

Bu barədə Ukrayna mediası yazır.

Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkul Rusiyanın şəhər mərkəzinə raket hücumu təşkil etdiyini bildirib.

“Rusiya yaşayış məntəqəsinin mərkəzini ballistik raketlə vurub. Hazırda artıq 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb”, – Aleksandr Vilkul bildirib.

Yerli Telegram kanallarının məlumatına görə, raket ehtimal ki, insanların sıx olduğu yerdə, yemək obyektlərindən birinin yaxınlığında partlayıb.

Oxşar