Ukrayna mediasının məlumatına görə, Mayamidə Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başa çatıb
Ukrayna mediasının məlumatına görə, Mayamidə Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başa çatıb

Ukrayna mediasının məlumatına görə, Mayamidə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş başa çatıb.

Görüşdə Ukrayna tərəfini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov təmsil ediblər.

Bundan əvvəl mediada yayılan məlumata görə, ABŞ Prezidentinin danışıqlar aparan nümayəndələri Stiv Uitkof və Cared Kuşnerlə görüşü Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov keçirəcəkdi.