Ukrayna mediasının məlumatına görə, Andrey Yermak üçün tələb olunan girov məbləği toplanıb
Ukrayna Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermak girov məbləğini toplamağı bacarıb. Bu barədə Ukrayna mediası Ukrayna Ali Antikorrupsiya Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayır.
Girov məbləği 140 milyon qrivna (3,2 milyon dollar) təşkil edib.
Məlumat üçün bildirək ki, mayın 14-də Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Kiyev yaxınlığında elit yaşayış komplekslərinin tikintisi ilə bağlı olan çirkli pulların yuyulması işi üzrə Yermaka qarşı iki aylıq həbs qətimkan tədbiri seçib. Bundan sonra Prezident Ofisinin sabiq rəhbəri müvəqqəti saxlama təcridxanasına köçürülüb.
Məhkəmədə Yermak “belə bir məbləğə sahib olmadığını” bildirib, lakin girovu ödəməkdə ona kömək edə biləcək “kifayət qədər dost və tanışının” olduğunu qeyd edib.
Məhkəmənin qərarına əsasən, Andrey Yermaka Kiyevi tərk etmək qadağan ediləcək. O, xarici pasportlarını təhvil verməyə və iş üzrə digər şəxslərlə əlaqə saxlamamaq öhdəliyinə riayət etməyə məcbur olacaq.