Ukrayna mediasının məlumatına əsasən, noyabrın 20-də Ukrayna ordusunun Britaniyaya məxsus “Storm Shadow” raketləri ilə Kursk bölgəsini bombalaması nəticəsində 18 rus əsgəri həlak olub, 33-ü isə yaralanıb
Noyabrın 20-də Ukrayna ordusunun Britaniyaya məxsus “Storm Shadow” raketləri ilə Rusiyanın Kursk bölgəsini bombalaması nəticəsində 18 rus əsgəri həlak olub, 33-ü isə yaralanıb. Bu barədə Ukrayna mediası rus bloqqerlərə istinadən məlumat yayır.
Ukrayna mediasının məlumatına görə, ölənlərin əksəriyyəti cənub və şərq hərbi vilayətlərinin zabitləridir. Hücum zamanı komanda məntəqəsində Leninqrad Hərbi vilayət komandirinin birinci müavini general-leytenant Solodçukun olduğu barədə məlumat yayılır. Yaralananlar arasında 88-ci Mühəndis Legionun 13 hərbçisi də var.
Sosial şəbəkələrdə Rusiya prezidentinin administrasiyasına tabə olan sanatoriyanın binasının yanında çəkilmiş videogörüntülər yayılır. Yayılmış məlumata görə, bölgədə Şimali Koreya hərbçilərinin və Şimali Koreya hərbi komandirlərinin olduğu ehtimal edilir.