Ukrayna mediası - Ukraynanın "Azov" briqadası Donetsk şəhərinin dronlarla mühasirəyə alındığını elan edib
Ukraynanın “Azov” briqadası Donetsk şəhərinin dronlarla blokadasının başladığını elan edib. Bu barədə Ukrayna mediası məlumat yayıb.
“Azov”un birinici korpusu bildirir ki, Donetsk ətrafındakı bütün logistika marşrutları Ukrayna Müdafiə Qüvvələrinin dronlarının nəzarəti altındadır.
Korpus qeyd edir ki, şəhər ətrafındakı yollardakı bütün hərbi obyektlər məhv ediləcək. Bəyanatda qeyd olunur ki, hücum dronlarının operatorları uzaq əməliyyat zonasında Rusiya logistikasını hədəfə alırlar və dronlar Donetsk ətrafındakı bütün logistik marşrutları izləyir.