Ukrayna mediası – Ukraynalıların 72%-i Donald Trampa qarşı mənfi münasibət bəsləyir
WASHINGTON, DC - MARCH 31: U.S. President Donald Trump gestures while speaking during an executive order signing event in the Oval Office of the White House on March 31, 2025 in Washington, DC. Trump has signed an executive order against ticket scalping and reforming the live entertainment ticket industry. (Photo by Andrew Harnik/Getty Images)
Ukraynalıların 72%-i ABŞ prezidenti Donald Trampa mənfi münasibət bəsləyir, – bu barədə Ukrayna mediası yazır.
Medianın məlumatına görə, “Ratings” tərəfindən keçirilmiş sorğunun nəticələrindən məlum olur ki, respondentlərin 25%-i Prezident Trampa qarşı “çox mənfi” münasibət bəsləyir, 47%-i isə mənfi münasibətdədir.
Medianın yazdığına görə, respondentlərin yalnız 22%-i ABŞ prezidentinə müsbət münasibət bəsləyir. Bununla yanaşı, müsbət münasibət bəsləyənlər arasında əksəriyyəti 18-35 yaş arası kişilərdir.
Sorğu 11–14 noyabr tarixlərində telefon müsahibəsi formatında keçirilib və ümumilikdə 1 000 respondentin məlumatlarını əhatə edir.