Ukrayna mediası – Ukrayna ordusu Belqorod vilayətində nəzarət zonasını genişləndirib
Ukrayna ordusu Belqorod vilayətində nəzarət zonasını genişləndirib. Ukrayna mediasının məlumatına görə, Belqorod vilayətində hərbi hərkətlər davam edir və Ukrayna silahlı qüvvələri 3-4 kilometr irəliləyib.
Ukrayna Silahlı Qüvvələri bu hadisələri şərh etməkdən çəkinir, bu da əməliyyat təhlükəsizlik məsələləri ilə bağlı ola bilər.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna ordusu Kursk bölgəsindən kənarda Ukrayna mövqelərinə təzyiqi azaltmaq üçün “müəyyən addımlar atıb”.
1,3 milyondan çox abunəçisi olan Rusiya hərbi bloqu “Rybar” hər iki tərəfin hücumlar üçün pilotsuz təyyarələrdən fəal istifadə etdiyi Popovka kəndində şiddətli döyüşlərin getdiyini bildirir.
Analitiklərin fikrincə, Ukrayna qüvvələrinin əməliyyatı Kursk vilayətində aktiv hərbi əməliyyatlar aparan Rusiya qoşunlarının diqqətini yayındırmaq məqsədi daşıya bilər.