Ukrayna mediası - Ukrayna qüvvələri Rusiyanın Engels şəhərindəki neft bazasına hücum edib, nəticədə genişmiqyaslı yanğın baş verib
Ukrayna mediası - Ukrayna qüvvələri Rusiyanın Engels şəhərindəki neft bazasına hücum edib, nəticədə genişmiqyaslı yanğın baş verib

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, ölkə miqyasında gecə saatlarında 174 ukrayna dronu məhv edilib.

Bəyanatda qeyd edildiyi kimi, Kiyev Bryansk, Rostov, Saratov, Voronej, Kaluqa, Kursk, Oryol, Ryazan, Tula, Belqorod və Tambov vilayətlərinə, Moskva bölgəsinə və Krıma zərbələr endirib.

Bununla yanaşı, onların məlumatına görə, Qara dəniz akvatoriyasında üç ukrayna raketini məhv ediblər.

Ukrayna mediası rus Telegram kanallarına istinadən yazır ki, ukrayna qüvvələri Saratov vilayəti, Engels şəhərindəki neft bazasına hücum edib və nəticədə genişmiqyaslı yanğın baş verib. Obyekt strateji aviasiyanın yanacağı ilə təmin etmək üçün istifadə olunur, hansı ki, Rusiya Ukraynaya raket hücumları üçün istifadə edir.

Rusiya hakimiyyəti bununla bağlı heç bir şərh verməyib ve, lakin Ukrayna mediasının yazdığına görə, sosial şəbəkələrdə genişmiqyaslı yanğını əks etdirən video görüntülər yayılıb.

Saratov vilayətinin qubernatoru Roman Busargin şəhərdə yanğın olduğunu təsdiqləyib, lakin konkret olaraq hansı obyekt olduğunu dəqiqləşdirməyib.

“Pilotsuz uçuş aparatlarının hücumu nəticəsində Engelsin bir sənaye müəssisəsində yanğın baş verib”, – Busargin “Telegram”da yazıb.