Ukrayna mediası tərəfindən yayılan məlumatda işğal altındakı Melitopol yaxınlığında rus işğalçıların şərqdən hərbi texnika daşıdıqları körpünün partladıldığı deyilir
Rusiya qüvvələri tərəfindən işğal olunmuş Melitopol yaxınlığında rus işğalçıların şərqdən hərbi texnika daşıdığı körpü partladılıb. Müvafiq məlumatı Melitopol meri İvan Fedorova istinadən Ukrayna mediası yayır.
“Melitopolda şəhəri Konstantinovka kəndi ilə birləşdirən körpü “yoruldu”. Bu, strateji baxımdan ən əhəmiyyətli körpülərdən biridir. Məhz onun vasitəsilə işğalçılar şərqdən hərbi texnika nəql edirdi. Beləliklə, bizə əziz olmayan raşistlər, Ukraynanın Silahlı Qüvvələri artıq yaxındadır. Arxaya baxmadan qaçacaqsınız!”-deyə Fedorov açıqlayıb.
Körpünün partlaması ilə bağlı rus mediası da məlumat yayır. “Ria Novosti”nin məlumatına əsasən, körpü partlayışa tab gətirib, ancaq yolun hərəkət hissəsi zədə alıb.