Ukrayna mediası Rusiyanın PUA-larla Kiyevə genişmiqyaslı hücuma keçdiyi barədə məlumat yayır

10:07, 19.12.2022

 

Rusiya PUA-larla Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hücuma keçib. Məlumatı Ukrayna mediası yayır.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatında ölkənin paytaxtında hava hücumundan müdafiə sisteminin işlədiyi və hava hücumu xəbərdarlığının hələ də davam etdiyi deyilir. Kiyevdə böyük miqyaslı partlayışların səsi eşidilir.

Ukrayna hərbçiləri Kiyevdə İran istehsalı olan 9 ədəd “Şahed” PUA-sını zərərsizləşdiriblər. Rusiya işğalçı qüvvələri PUA-dan istifadə edərək Nikolayev bölgəsində də hücum həyata keçiriblər.

Paralel olaraq, ötən gün ərzində Ukrayna aviasiyası rus hərbçilərinin, silah və hərbi texnikanın cəmləşdiyi yerlərə altı zərbə endirib. Həmçinin düşmənin zenit-raket komplekslərinin mövqelərinə üç zərbə endirilib.

Oxşar