Ukrayna mediası Rusiya işğalçı qüvvələrinin ötən sutkada Zaporojie vilayətində 20-dən çox yaşayış məntəqəsinə zərbələr endirməsi barədə məlumat yayır

10:35, 26.12.2022

 
Rusiya işğalçı qüvvələri ötən sutka ərzində Ukraynanın Zaporojie vilayətində 20-dən çox yaşayış məntəqəsinə zərbələr endirib. Ukrayna mediasının ölkə ordusunun Baş Qərargahının məlumatlarına istinadən yazdığı kimi, rus hərbçilər Ukrayna ordusunun mövqelərini və yaşayış məntəqələrini raket, tank və artilleriyadan bombalayıblar.

Ukrayna mediası Rusiya işğalçı qüvvələrinin Xarkov vilayətinin Kupyansk rayonuna yenidən reaktiv yaylım atəşi sistemləri ilə zərbələr endirməsi barədə məlumat yayır. Ukrayna Ordusunun Baş Qərargahından ölkənin bütün ərazisində kritik infrastruktura hava və raket zərbələri təhlükəsinin hələ də qalmaqda olduğunu açıqlayırlar.

Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası ötən gün ərzində Rusiya qoşunlarının cəmləşdiyi bölgələrə iki zərbə endirib. Ukraynanın raket və artilleriya bölmələri beş komanda məntəqəsini və rus hərbçilərin canlı qüvvəsinin cəmləşdiyi ərazini bombalayıb.

Oxşar