Ukrayna mediası Rusiya işğalçı qüvvələri tərəfindən Xarkov vilayətinin bombalanmasının insan tələfatı ilə nəticələnməsinə dair məlumat yayır
Ukrayna mediası Rusiya işğalçı qüvvələri tərəfindən Xarkov vilayətinin bombalanmasının insan tələfatı ilə nəticələnməsinə dair məlumat yayır. Yayılmış məlumatlarda rus hərbçilərin Xarkov şəhərini və vilayətin yaşayış məntəqələrini “S 300” zenit sistemləri ilə bombaladığı deyilir.
Xarkovda raket yaşayış binasına düşüb. Ötən gecə Ukraynanın şərq və cənub bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Rus hərbçilərin Xerson limanını bombalaması , nəticədə neftin Dnepr çayına tökülməsi barədə məlumat yayılıb.
Ötən gün ərzində rus hərbçilər reaktiv yaylım atəşi sistemindən 24 hücum həyata keçiriblər. Ukrayna Ordusunun Baş Qərargahının məlumatında rus hərbçilərin dörd istiqamətdə: Baxmut, Avdeevki, Liman və Novopavlovsk rayonlarında hücum həyata keçirdiyi deyilir.