Ukrayna mediası - Rusiya Belarusda dron buraxılış məntəqələri yerləşdirməyi planlaşdırır
Ukrayna mediası - Rusiya Belarusda dron buraxılış məntəqələri yerləşdirməyi planlaşdırır

Ukrayna Silahlı Qüvvələrinin mayoru bildirir ki, Rusiya Belarusda dron buraxılış məntəqələri yerləşdirməyi planlaşdırır.

Ukrayna mediasının söylədiyinə görə, Moskvanın planı həyata keçirilərsə, bu, Rusiya dronlarının uçuş məsafəsini əhəmiyyətli dərəcədə artıracaq.

Ukrayna müharibəsi üzrə ekspert və keçmiş mayor Aleksey Qetman bildirir ki, peyk rabitəsi olmadan operator dronu uzaq məsafədə effektiv şəkildə idarə edə bilməz və Rusiya bu cür antenləri Belarusda yerləşdirərsə, dronun idarəetmə sahəsini əhəmiyyətli dərəcədə artıracaq.

Ekspertin dediyinə görə, bu cür sistemlərin Belarusda yerləşdirilməsi Kiyev və sərhəd bölgələri üçün əlavə risklər yaradır, çünki bu, Rusiya qüvvələrinin dronları hədəf almasını asanlaşdırır.

Ukrayna mediasının məlumatına görə, Rusiya Belarusda ən azı dörd uzaqmənzilli dron idarəetmə stansiyası yerləşdirməyi nəzərdən keçirir.