Ukrayna mediası - Rus hərbçiləri Sumı bölgəsində yerləşən Yablonovka yaşayış məntəqəsini ələ keçiriblər
Rus hərbçiləri Ukraynanın Sumı bölgəsində bir yaşayış məntəqəsini ələ keçiriblər. Bu barədə Ukrayna mediası məlumat yayır.
Ukraynalı analitik layihə “Deep State”in göstəricilərinə görə, Rusiya ordusu Yablonovka kəndini ələ keçirib, həmçinin Yunakovka, Xatnego, Romanovka və Toretsk yaxınlığında irəliləyib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ötən gün ərzində 138 döyüş toqquşması baş verib.
Ukrayna mediasının məlumatına əsasən, Kupyansk istiqamətində Rusiya üç hücum əməliyyatı həyata keçirib, Lıman istiqamətində isə Ukraynanın müdafiə qüvvələri Rusiyanın 19 hücumunu dəf edib.
Medianın yazdığına görə, ötən günün əvvəllindən etibarən, Rusiya ordusu Kramatorsk istiqamətində Belaya Qora rayonlarına iki dəfə hücum edib. Ukrayna bölmələri işğalçıların hər iki hücumunu dəf edib.