Ukrayna mediası rus qüvvələrinin Xersondakı xəstəxananın doğum şöbəsini bombalaması barədə məlumat yayır

10:22, 28.12.2022

 

Rus işğalçılar Xersonda xəstəxananın doğum şöbəsini bombalayıblar. Hücum nəticəsində xəsarət alan olmayıb.

Ukrayna mediası ölkənin Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenkoya istinadən müvafiq məlumat yayıb.

“Xerson. Ruslar xəstəxananın doğum şöbəsini bombalayıblar. Bu gün iki uşağın doğulduğu yeri bombalayıblar. Hücumdan əvvəl həkimlər qeysəriyyə əməliyyatını başa çatdıra biliblər. Müəssisədə uşaq dünyaya gətirən beş qadın var”-deyə Timoşenko açıqlayıb.

Oxşar