Ukrayna mediası - Pokrovski şəhərində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin iştirakı ilə stabilləşdirmə əməliyyatları davam edir
Ukrayna mediası - Pokrovski şəhərində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin iştirakı ilə stabilləşdirmə əməliyyatları davam edir

Donetsk vilayətinin Pokrovsk şəhərində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin iştirakı ilə stabilləşdirmə əməliyyatları davam edir. Bu barədə Ukrayna mediası ölkənin Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayır.

Onların məlumatına görə, Rusiya Müdafiə Nazirliyi yalan məlumat yayıb. Həmin məlumatda deyilirdi ki, Pokrovsk yaxınlığında rus bölmələri Ukraynanın xüsusi əməliyyatını qarşısını alıblar və helikopterdə olan 11 ukraynalını öldürüblər.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi həmçinin bəyan edir ki, hazırda Pokrovskın ayrı-ayrı rayonlarında stabilləşdirmə əməliyyatları davam edir.

“Bu məlumat Qerasimovun bir neçə gün əvvəl Putinə Pokrovskinin mühasirədə olması ilə bağlı verdiyi məlumat qədər yalandır”, – deyə məlumatda deyilib.