Ukrayna mediası ölkənin Nazirlər Kabinetində kadr dəyişikliyinin planlaşdırılması barədə məlumat yayır
Ukrayna mediası ölkənin Nazirlər Kabinetində kadr dəyişikliyinin planlaşdırılması barədə məlumat yayır

 

Ukrayna mediası ölkənin Nazirlər Kabinetində kadr dəyişikliyinin planlaşdırılması barədə məlumat yayır. Bu barədə “Ukrainskaya Pravda”ya anonim mənbə məlumat verib.

Jurnalistlərin məlumatına görə, kadr dəyişikliyinin şamil olunacağı ilk şəxs Ukraynanın energetika naziri Qerman Qaluşenkodur. Həmçinin, idman naziri Vadim Hutsait və sənayenin strateji sahələri naziri Pavel Ryabikin də istefa verə bilər.

Ukrayna mediası Ukrayna Prezident Ofisində bu nazirliklərin ləğvi və ya birləşdirilməsinin müzakirə edildiyini yazır.

Öz növbəsində, Ukrayna Ali Radasında yaxın vaxtlarda Ukraynanın təhsil nazirinin və veteranların işləri üzrə nazirin dəyişdirilməsini istəyirlər.

“Ukrainskaya Pravda”nın mənbəsinin məlumatına görə, Nazirlər Kabinetində dəyişikliklə bağlı yekun qərarı Ukrayna Prezidenti Volodimir Zelenski və onun aparatının rəhbəri Andrey Yermak verir.