Ukrayna mediası – Gecə saatlarında Rusiya Ukraynanın bir neçə bölgəsinə balistik raketlər və dronlarla hücum edib, Kiyevdə bir neçə məkanda yanğınla mübarizə aparılır, üç nəfər yaralanıb

10:28, 16.08.2026

Gecə saatlarında Rusiya Ukraynanın bir neçə bölgəsinə balistik raketlər və dronlarla hücum edib, Kiyevdə bir neçə məkanda yanğınla mübarizə aparılır, üç nəfər yaralanıb. Ukrayna mediası məlumat yayır.

Medianın məlumatına görə, Rusiyanın Kiyevə hücumu nəticəsində Obolon və Qolosiyev rayonlarında partlayışlar və yanğınlar qeydə alınıb. “Petrovka” kitab bazarının ərazisində güclü yanğın baş verib.

Kiyev hərbi administrasiyasının məlumatına görə, Rusiyanın hücumu nəticəsində üç nəfər yaralanıb.

Rusiya Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə hücum edib. Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbərinin bildirdiyinə görə, Rusiya sənaye obyektlərinə zərbələr endirib və nəticədə yanğın baş verib. Hücum nəticəsində bir nəfər həlak olub, 13 nəfər isə yaralanıb.

Bununla yanaşı, Zaporojyeyə hücum nəticəsində iki nəfər həlak olub. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun bildirdiyinə görə, ruslar rayonun yaşayış məntəqələrinə də zərbələr endiriblər. Rusiyaya məxsus idarəolunan bombalardan biri Viktorovka kəndində yerləşən yaşayış evinə düşərək onu tamamilə məhv edib. Hücum nəticəsində 66 yaşlı kişi və 64 yaşlı qadın həyatını itirib.

Oxşar