Ukrayna mediası - Ağ Ev Ukraynaya hərbi yardım almağa davam etmək üçün ölkənin həyata keçirməli olduğu islahatlar barədə məktub göndərib
Ukrayna mediası - Ağ Ev Ukraynaya hərbi yardım almağa davam etmək üçün ölkənin həyata keçirməli olduğu islahatlar barədə məktub göndərib

Ağ Evin Beynəlxalq İqtisadi Məsələlər üzrə Milli Təhlükəsizlik Müşavirinin müavini Mayk Payl Donor Koordinasiya Platformasına Ukraynanın hərbi yardım almağa davam etməsi üçün həyata keçirməli olduğu islahatların siyahısı ilə məktub göndərib. Bu barədə “Ukrainskaya pravda” məlumat yayıb.

Nəşrin yazdığına görə, məktub Ukraynanın baş naziri Denis Şmıqala və Ukrayna prezidentinin ofisinə də göndərilib.

Medianın məlumatına görə, sənəddə dəyişikliklər onların həyata keçirilməsi prioritetinə uyğun olaraq sadalanıb. Xüsusilə, dövlət müəssisələrinin, korrupsiyaya qarşı mübarizə orqanlarının, Ali Ədliyyə Şurasının və Məhkəmə Sisteminin Müşahidə Şurasının fəaliyyətini nəzərdə tuturlar.