Ukrayna Xüsusi Xidməti "RİA Novosti" agentliyinin rəhəbərini yaxaladı
Ukrayna Xüsusi Xidməti "RİA Novosti" agentliyinin rəhəbərini yaxaladı

Ukrayna Xüsusi Xidməti “RİA Novosti” rus informasiya agentliyinin rəhəbərini, Kiril Vişinskini yaxaladı.

Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi, Elena Qitlianskaya Facebook-da yazır ki, “RİA Novosti” agentliyinin Kiyev ofisində axtarış aparılır. Elə onun dediyinə görə, hüquqmühafizəçilərin axtarış üçün müvafiq icazələri var.

Elena Qitlianskayanın dediyinə görə, Ukrayna Təhlükəsizlik Xidməti baş verənlər barəsində açıqlamanı yaxın saatlar ərzində edəcək.